Qısqanclıq zəminində əri tərəfindən qətlə müğənni Yaqut Haşımovaya dair müzakirələr səngimir.
KONKRET.az xəbər verir ki, mərhumun duet ortağı, müğənni Əli Mirəliyevin “Bizimləsən” verilişində mərhum barədə səsləndirdiyi ittihamlar mübahisəyə səbəb olub.
Aparıcı Tarix Əliyev (Tolik) sözügedən proqrama zəng edərək Əli Mirəliyevi sərt şəkildə qınayıb:
“Sizi, Əli Mirəliyev, heç zaman nə sizi İlhamə Quliyevanın yanında, nə də onu sizin yanınızda gördüm. Amma İlhamə Quliyeva dünyasını dəyişəndən sonra onun haqqında nələr danışmadınız. Yaqut Haşımova da dünyasını dəyişib. Onun dərdi ola-ola deyirsən ki, bu xanım yolunu azmışdı. Yaşınıza, başınıza hörmət edin. Bura televiziyadır. Çıxıb boş-boş danışmaqla deyil.
Əvvəla evinizin içindən muğayat olun. Çalışın, ailənizdən kimsə pis yola düşməsin. Şou-biznesin qeyrətini çəkmək isə sizə qalmayıb.
Bir ölü görən kimi qeyrət maskanı geyinib çıxıb efirdə kişi-kişi danışmaq olmaz! Sən, Əli Mirəliyev, çıxıb efirə nə var, nə var gündəmdə olacaqsan deyə, ölən qadın haqqında belə sözlər söyləyirsən. O qadının 43 yaşı vardı və sən ona ləkə atıb deyirsən ki, “Yaqut yolunu azmışdı”.
Xatırladaq ki, Ə.Mirəliyev efirə zəng edərək “Sağ olanda Yaqut içkili halda mənə zəng vurmuşdu. O, yolunu azmışdı” kimi iddialar səsləndirmişdi.