Sovet qoşunlarının Əfqanıstana hücumunun 43-CÜ İLİbackend

Sovet qoşunlarının Əfqanıstana hücumunun 43-CÜ İLİ

Düz qırx üç il əvvəl, 1979-cu il dekabrın 25-də sovet qoşunları Əfqanıstana daxil olub.

KONKRET.az xəbər verir ki, qısamüddətli əməliyyat kimi demokratik rejimə kömək etmək məqsədi ilə həyata keçirilən əməliyyat uzun illər davam edib və dövlətin taleyinə ölümcül zərbə vurub.

Beynəlxalq ictimaiyyat Sovet qoşunlarının Əfqanıstana təcavüzünü olduqca kəskin etirazla qarşılayıb BMT-nin Baş Məclisi SSRİ silahlı qüvvələrinin tezliklə Əfqanıstandan çıxarılmasını tələb edən qətnamə qəbul edib. Bir çox ölkələr 1980-ci ildə Moskvada keçirilən dünya olimpiadasını boykot ediblər. Amerika taxılının SSRİ-yə satılmasına qadağa qoyulub. Strateji silahların məhdudlaşdırılması haqqında Sovet-Amerika sazişinin Senatda ratifikasiyası dayandırılıb. Pakistan və İran ərazilərində yüzlərlə düşərgə yaradılıb. Sonralar bu düşərgələr mücahidlər hazırlamaq üçün bazalara çevrilib. Sovet qoşunlarının Əfqanıstana yeridilməsi o zamankı rəhbərliyin, xüsusən Sovet İKP MK-nın Baş Katibi L.İ.Brejnevin çox böyük siyasi səhvi idi. Sonralar bu səhv ciddi şəkildə pislənilib.

Müxtəlif statistikalara görə, 10 illik hərbi əməliyyatlar dövründə Əfqanıstanda 2 milyon nəfərə yaxın mülki sakin həlak olub. Amerikalılar isə əfqanların itkisinin 2,5 milyon nəfər olduğunu yazırlar.

Sovet ordusu Əfqanıstanda ümumilikdə 14.427 hərbçisini itirib. On illik Əfqanıstan müharibəsində 7500 azərbaycanlı da iştirak edib. Onların 208-i müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb. Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı sağ qalıb. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə həlak olub və ya sonradan vəfat ediblər. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb

10 il davam edən müqavimət 1989-cu ildə Sovet qoşunlarının Əfqanıstandan geri çəkilməsi ilə yekunlaşıb. Müharibənin başa çatmasından cəmi iki il sonra SSRİ parçalanıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*