“Soyqırım” ifadəsinin ardınca ABŞ-ın bu addımı erməniləri xeyli qıcıqlandırdı” – AÇIQLAMAbackend

“Soyqırım” ifadəsinin ardınca ABŞ-ın bu addımı erməniləri xeyli qıcıqlandırdı” - AÇIQLAMA

ABŞ-ın Azərbaycana birbaşa yardımına icazə vermək üçün Azadlığa Dəstək Aktına 907-ci düzəlişlə tətbiq etdiyi qadağanın daha 1 il təxirə salınması erməniləri xeyli qıcıqlandırıb. Əslində isə Azərbaycana qarşı qüvvədə olan bu qadağaya xitam verilməlidir.

Bu barədə KONKRET.az-a açıqlamasında iqtisadçı alim Qubad İbadoğlu bildirib. O qeyd edib ki, 907-ci düzəlişin a bəndində göstərilir ki, ABŞ prezidenti Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqinin ləğvi üçün addımlar atdığını müəyyən etsə və bu haqda Konqresə bildirsə, o zaman  yardım qadağası aradan qaldırıla bilər: “Eyni zamanda həmin düzəlişdə qeyd olunur ki, Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gələrsə və bu haqda Konqresə təqdimat verərsə, o zaman (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir. Əslində ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya dövlət və hökümət başçılarının imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişlə, Cənubi Qafqaz regionunda, o cümlədən Ermənistana və Dağlıq Qarabağa münasibətdə bloklanan bütün kommunikasiya və nəqliyyat xətlərinin açılması razılaşdırılıb. 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlə həmin razılaşmanın icrası üçün Azərbaycan, Ermənistan və Rusiya hökümət başçılarının müavinlərindən ibarət komissiya yaradılıb və bu istiqamətdə intensiv işlər gedir”.

Qubad İbadoğlu: Qocaların çoxu pensiya ala bilməyəcək

Qubad İbadoğlu əlavə edib ki, rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı hələ 2 fevral 2021-ci ildə ABŞ prezidenti Co Baydenə müraciət ünvanlayaraq, onu bölgədə yeni yaranmış situasiyanı əsas götürməklə, Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığın inkişafı naminə “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin ləğvi üçün Konqresə təqdimat etməyə çağırıb. Hesab edirəm ki, bu çağırışa Azərbaycanın aparıcı ictimai-siyasi qüvvələri də qoşulmalı və yeni yaranmış situasiyada ABŞ prezidentinə təkrar müraciət göndərilməlidir”.

şviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*