Şoyqu Marinkanın tamamilə ələ keçirildiyini elan etdibackend

Şoyqu Marinkanın tamamilə ələ keçirildiyini elan etdi

Rusiya qoşunları “Donetsk Xalq Respublikası”nda yerləşən Marinka şəhərinə tam nəzarəti ələ keçirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə zamanı məlumat verib.

“Aktiv hücum əməliyyatları zamanı “Yujnaya” qrupunun hücum dəstələri bu gün Donetskin cənub-qərbindəki Marinka şəhərini tamamilə ələ keçirib”, – Şoyqu bildirib.

Müdafiə naziri qeyd edib ki, Marinkanın ələ keçirilməsi Donetski Ukrayna Silahlı Qüvvələrinin atəşindən daha effektiv qorumağa imkan verir. Şoyqu həmçinin bildirib ki, 150-ci diviziyanın əsgərləri döyüşlərdə xüsusilə fərqləniblər.

Putin cavab olaraq Marinkanın ələ keçirilməsində əməyi olan hər kəsə ən səmimi təbrikləri və minnətdarlıq sözlərini çatdırmağı xahiş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*