Şoyqudan Almaniyaya sərt cavab: “Bizim də cavab çəkilişimiz var”backend

Şoyqudan Almaniyaya sərt cavab: “Bizim də cavab çəkilişimiz var”

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Almaniya kansleri Merçin Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə dair məsafə məhdudiyyətlərini aradan qaldırmaqla bağlı bəyanatına cavab verib.

KONKRET.az xəbər verir ki, Şoyqu bildirib: “İnanın, bizim də cavab olaraq çəkiləcək addımlarımız var.”

O, Almaniyanın bu mövzuda qeyri-müəyyən davranışını da tənqid edib:

“Bir götürürlər, bir götürmürlər, deyirlər çoxdan götürüblər. Bu, mənə ciddi görüşə çıxmış gimnaziyaçı qızın davranışını xatırladır.”

Şoyqunun bu açıqlamaları Rusiyanın Qərbin Ukraynaya dəstəyinə qarşı narazılığının və gərginliyin artdığının göstəricisi kimi qiymətləndirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*