backend

Spikerdən xanımlara təbrik: “Zərifliyin, gözəlliyin nişanəsisiniz

Milli Məclis sədri Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan xanımlarını təbrik edib.

KONKRET.az xəbər verir ki, bu barədə spiker özünün “Facebook” hesabında yazıb:

“Siz xanımlar zərifliyin, gözəlliyin, xeyirxahlığın və səmimiyyətin nişanəsisiniz.

Bu gözəl gündə xüsusi təbriklərimi Vətənimizə ləyaqətli və qeyrətli oğullar bəxş etmiş analara çatdırmaq istəyirəm.

Sizin yetişdirdiyiniz övladlar vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını qurban veriblər.

Buna görə Sizlərin qarşınızda baş əyir, bayramınızı təbrik edirəm!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*