Spitak zəlzələsindən zərər çəkən ailələrin mənzil problemi 31 ildən sonra həll olunurbackend

Spitak zəlzələsindən zərər çəkən ailələrin mənzil problemi 31 ildən sonra həll olunur

Ermənistanda Spitak zəlzələsindən zərər çəkən ailələrə yardım ediləcək. KONKRET.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bir milyarddan çox dram Spitak zəlzələsindən zərər çəkmiş 227 ailənin mənzil probleminin həllinə yönəldiləcək. Bu barədə noyabrın 14-də, hökumətin iclasında Şəhərsalma Komitəsi sədrinin birinci müavini Armen Qularyan açıqlama verib.

“1988-ci il zəlzələsindən zərər çəkmiş və dövlət yardımı proqramı çərçivəsində evsiz qalan ailələrə mənzil almaq üçün sertifikatlar veriləcək”, – deyə Armen Qularyan bildirib. Onun sözlərinə görə, mənzil alışı üçün sertifikat verilməsi evsiz ailələrin sorğuları əsasında mümkün olub.

Onun sözlərinə görə, 453 ailədən 227 nəfərə mənzil almaq üçün sertifikat veriləcək.

Ermənistanın baş naziri Nikol Paşinyan da öz növbəsində problemin mümkün qədər tez həll olunması üçün hakimiyyətin üzərində mühüm siyasi vəzifənin olmasını zəruri sayıb.

Qeyd edək ki, gələn il yuxarıda göstərilən dövlət proqramının tamamlanması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*