“Şrek”in məşhur müğənnisi vəfat etdibackend

"Şrek"in məşhur müğənnisi vəfat etdi

Smash Mouth qrupunun keçmiş solisti Stiven Harvell 56 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Rolling Stone” qrupun meneceri Robert Hayesə istinadən məlumat yayıb.

Harwell Aydaho ştatının Boise şəhərindəki evində ailəsi və dostlarının əhatəsində dünyasını dəyişib.

Sentyabrın 3-də Harvelin qaraciyərinin sıradan çıxdığı məlum olub. Sənətçi qaraciyər çatışmazlığının son mərhələsində idi. Xəstəxanada qaldıqdan sonra ailəsi və dostları onunla vidalaşa bilsin deyə, musiqiçi evə buraxılıb. Həkimlər müğənninin təxminən bir həftə ömrünün qaldığını proqnozlaşdırıblar.

On il əvvəl Harvelə kardiomiopatiya diaqnozu qoyulmuşdu, onda ürək çatışmazlığı və yaddaş və nitqə təsir edən Vernik ensefalopatiyası inkişaf etmişdir.

Harvell daha çox “Şrek” cizgi filminin saundtreklərinə çevrilən “All Star” və “I’m a Believer” trekləri ilə tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*