Şri-Lankalı bloger Ermənistana aid olmayan Ağrı dağının fonunda şəkil çəkdirdi – Azərbaycan xaşını təriflədibackend

Şri-Lankalı bloger Ermənistana aid olmayan Ağrı dağının fonunda şəkil çəkdirdi – Azərbaycan xaşını təriflədi

Şri Lankalı Rohan Direkz on ildə bütün qitələrdə 86 ölkəni ziyarət etməyi bacarıb. Səyahət blogeri artıq üç dəfə Azərbaycanın qədim torpağı hesab edilən Qərbi Azərbaycana, indiki Ermənistana səfər edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Sputnik Ermənistan” nəşri yayıb.

“Mən nadir hallarda eyni ölkəyə ikinci dəfə baş çəkirəm. Ancaq Ermənistan (Qərbi Azərbaycan) hər yer deyil. Bu, siyahımdakı üç dəfə getdiyim yeganə ölkədir” deyib Rohan.

86 ölkəni gəzməklə öyünən bu zad yəqin müasir dünyanın texniki üstünlüklərindən yararlanmağı bacarandır. Belə olan halda 3 dəfə gəldiyi ölkənin tarixi haqda niyə internetdə informasiya toplamayıb?

Hələ üstəlik Türkiyənin ərasizində yerləşən Ağrı dağının fonunda şəkil çəkdirərək “Ararat” kimi təqdim edib.

O, pandemiyadan sonra yenidən bura qayıtmağı, dağ ölkəsi və sakinləri haqqında bir televiziya şousu çəkməyi planlaşdırır. Rohan, blog yazmaqla yanaşı səyahətləri haqqında Şri-Lankanın ən populyar telekanalında yayımlanan bir sıra verilişlər də hazırlayır.

Deməli, onun hazırladığı bu materiallar həmin ölkədə efirə veriləcək və ermənilərin “Ararat” kimi füsunkar bir dağa malik olduğunu biləcəklər.

Bloger “erməni mətbəxi”ndən ağızdolusu söz açıb, Azərbaycanda aid olan yeməkləri sadalayıb. Xüsusi olaraq xaşdan danışıb.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*