Stankeviç: “NATO Cənubi Qafqaza ciddi yanaşmır”backend

Stankeviç: "NATO Cənubi Qafqaza ciddi yanaşmır"

“Rusiya xarici işlər naziri Sergey Lavrovun sözləri mövcud vəziyyətin təsvirindən daha çox xəbərdarlıqdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Stankeviç deyib.

Ekspert bildirib ki, artıq baş vermiş faktlara nəzər salsanız, Ermənistanla NATO arasında birbaşa əməkdaşlıq yoxdur: “Avropa İttifaqı ilə mümkün əməkdaşlıq haqqında bəzi spekulyasiyalar var. Və NATO-dan Ermənistanın Moskvadan uzaqlaşmasını alqışlayan bəzi bəyanatlar var. Lakin bütün bunlar əsaslı dəyişikliklərə aid deyil. Ermənistan bu gün heç bir inteqrasiya layihəsindən, nə Aİİ-dən, nə iqtisadi layihədən, nə MDB-dən, hətta KTMT-dən, yəni hərbi-siyasi blokdan geri çəkilməyib. Bundan başqa, Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılmasının mümkünlüyü ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Ona görə də Ermənistana Rusiyadan gələn təhlükəni qabartmaq olmaz, lakin müəyyən bəyanatlar, təbii ki, təşviş doğurur və bu, xəbərdarlıq üçün əsasdır. NATO hazırda Qafqaza ciddi yanaşmır. Mən NATO-nun Cənubi Qafqazda mövcudluğunu hansısa yolla artırmağa çalışması üçün heç bir ilkin şərt görmürəm. Türkiyənin orada artıq təsiri var və çətin ki, NATO bu təsirdən kənara çıxa bilsin”, – Stankeviç bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*