Stefanoviçdən XƏBƏRDARLIQ: “Ukraynaya sülhməramlılar göndərilsə…”backend

Stefanoviçdən XƏBƏRDARLIQ: "Ukraynaya sülhməramlılar göndərilsə..."

Ukraynaya sülhməramlılar göndərilsə, onlar üçüncü ölkələrin hərbi qulluqçularından seçiləcək. Ən davamlı variantlardan biri BMT-nin himayəsi altında kontingentin olmasıdır”.

KONKRET.az xəbər verir ki, bunu Beynəlxalq Təhlükəsizlik Mərkəzinin eksperti, “Vatfor” layihəsinin həmtəsisçisi Dmitri Stefanoviç deyib.

Stefanoviç hesab edir ki, sülhməramlıların olması kömək edə bilər. Çünki Minsk razılaşmalarının pozulmasına səbəb məhz belə qüvvələrin olmamasıdır.

Bundan əvvəl Amerika prezidenti Donald Tramp bildirib ki, o, Ukraynada bu və ya digər formada sülhməramlı qüvvələrin olmasını zəruri hesab edir, lakin bu missiyanın formatı bütün tərəflər üçün məqbul sayılmalıdır.

“Bu, Rusiya və NATO, yaxud KTMT və NATO qoşunlarının birgə patrulluğu ola bilər. Amma hələlik kimin nə ilə razılaşacağını təxmin edə bilmərik. Demarkasiya xəttində dayanacaq Avropa ordularının ağır birləşmələri Rusiya tərəfi üçün qəbuledilməzdir. BMT-nin himayəsi altında Ukraynaya sülhməramlıların göndərilməsini də istisna deyil. Uzunmüddətli davamlılıq və çoxqütblü dünyanın qorunması baxımından bunun BMT Təhlükəsizlik Şurası səviyyəsində qərara alınması optimal ssenari olardı və vəziyyətə görə son məsuliyyəti BMT daşıyacaq”, – deyə ekspert vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*