Stiven Siqalın 2 il öncə dediyi “Qarabağ – Azərbaycandır!” sözü ermənilərə od vurdubackend

Stiven Siqalın 2 il öncə dediyi "Qarabağ - Azərbaycandır!” sözü ermənilərə od vurdu

Dünyaca məşhur aktyor və rejissor Stiven Siqalın iki il əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı etdiyi açıqlamaları İnternetdə populyarlıq qazanır.

KONKRET.az xəbər verir ki, 2018-ci ilin aprel ayında Ermənistan mediasında yazılıb ki, guya o, Ermənistana və Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər edib.

Hollivud aktyoru İnstagram səhifəsində buna münasibət bildirib:

“Mən dəfələrlə Ermənistana dəvət olundum, amma heç vaxt razılıq vermədim. Bundan əlavə, mən Azərbaycanın ərazi bütövlüyünü tam tanıdığım üçün Dağlıq Qarabağa səfər etmədim”.

Qeyd edək ki, erməni istifadəçilər Siqalın bu açıqlamalarına əsəbi cavablar yazıblar.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*