“NATO nüvə başlıqlarının sayını artırmır, lakin daşıyıcı təyyarələrini modernləşdirir”.
KONKRET.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Nüvə başlıqlarının sayını artırmaq planımız yoxdur. Biz köhnəlmiş təyyarələri (F-16 – red) yeni beşinci nəsil (F-35) təyyarələrlə əvəz etməklə daşıyıcı təyyarələri modernləşdiririk”, – Stoltenberq bildirib.
“NATO-nun onilliklər ərzində nüvə qarşısının alınması komponenti var, bu yeni bir şey deyil. Ona görə də onu müasirləşdirməyimizdə yenilik yoxdur”.
Orxan
KONKRET.az