“Döyüş meydanında vəziyyət ağırdır, Rusiyanı qiymətləndirməmək olmaz, lakin nikbinlik üçün səbəblər var”.
KONKRET.az xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Rusiya Kiyevi tez bir zamanda ala bilmədi, Ukrayna öz ərazilərinin bir hissəsini azad etdi və məhsullarının ixracı üçün dəhliz yaratdı. Bunlar Ukrayna üçün böyük hərbi qələbələrdir. Amma əsas odur ki, Ukrayna öz müstəqilliyini qoruya bildi”, – NATO-nun baş katibi bildirib.
“Rusiya 300 min əsgərini və tanklarının yarısını itirib”, – deyə Stoltenberq əlavə edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az