“Stratus” adlı yeni COVID-19 ştammı aşkarlandı – TƏHLÜKƏLİ simptomlara diqqətbackend

Stratus” adlı yeni COVID-19 ştammı aşkarlandı – TƏHLÜKƏLİ simptomlara diqqət

Ukraynanın Poltava vilayətində COVID-19 virusunun yeni genetik xətti olan XFG (Stratus) ştammı qeydə alınıb.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Poltava Regional Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi məlumat yayıb.

Ümumdünya Səhiyyə Təşkilatı artıq bu ştammı “nəzarət altındakı variantlar” siyahısına daxil edib. “Stratus” adlı bu mutasiyanın son bir ayda dünya üzrə yayılma faizi 7,4%-dən 22,7%-ə yüksəlib.

Hazırkı məlumatlara əsasən, yeni variant xəstəliyin daha ağır keçməsi və ya ölüm hallarının artması ilə əlaqəli deyil. Lakin epidemioloqlar bu variantın bəzi fərqli simptomlarını qeyd edirlər:

Səsin batması (xırıltı) – nadir, lakin diqqətçəkən simptom

Öskürək, qızdırma və güclü yorğunluq – əsas əlamətlərdir.

Ekspertlərin fikrincə, hazırda istifadə olunan peyvəndlər və müalicə metodları yeni ştamma qarşı da effektivliyini qoruyur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*