Stressin ən yaxşı müalicəsi AÇIQLANDIbackend

Stressin ən yaxşı müalicəsi AÇIQLANDI

Stressin ən yaxşı müalicəsinin adı açıqlandı.

KONKRET.az xəbər verir ki, həkim Elisa Sakalın sözlərinə görə, keyfiyyətli yuxu psixoterapiya və müxtəlif əlavələrdən daha güclü təsir göstərə bilər.

Mütəxəssis bildirir ki, yuxu çatışmazlığı qanda stress hormonu olan kortizolun səviyyəsini artırır. Bu isə xroniki stressin daha uzun müddət davam etməsinə səbəb olur və sinir sisteminə mənfi təsir göstərir.

Həkim vurğulayır ki, kifayət qədər və keyfiyyətli yuxu kortizol səviyyəsini azaltmağa kömək edir. Nəticədə sinir sistemi tarazlanır və insan özünü daha sakit hiss edir.

Bundan əlavə, yuxu yaddaşın yaxşılaşmasına və diqqətin artmasına müsbət təsir edir. Eyni zamanda, orqanizmdə xroniki iltihabın azalmasına da kömək edir ki, bu da stresslə birbaşa əlaqəlidir.

Mütəxəssis qeyd edir ki, gündəlik rejimə düzgün yuxu daxil etmək stressin idarə olunmasında əsas addımlardan biridir.//E-saglam.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*