Striptiz klub koronavirusa görə çılpaq çatdırılma xidmətinə çevrildi – FOTObackend

Striptiz klub koronavirusa görə çılpaq çatdırılma xidmətinə çevrildi - FOTO

Portland şəhərində fəaliyyət göstərən “Lucky Devil” striptiz klubu koronavirusa görə funksiyasını dəyişərək yeməklərin çatdırılma xidmətinə çevrilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Willamette Week” nəşri yayıb.

Mənbə bildirir ki, çatdırılma xidməti Boober Eats adlanır.

“Əvvəlcə bunu zarafat kimi təqdim etdim və Facebook-da 150 post aldım, əvvəllər bu qədər post almamışdıq. Buna görə dedim: “Lənətə gəlsin, niyə sınamayım?” – deyə klubun sahibi Şon Boulden bildirib.

“Lucky Devil” zəncəfil pivəsi və Red Bull da daxil olmaqla, çatdırılma üçün bütün yeməklər və sərinləşdirici içkilər təklif edir. Adi çatdırılma xidmətlərindən əsas fərq kuryerdir.

Təqdimatçı qızlar striptiz formasında geyinirlər. Bundan əlavə, müştərilər üçün qısa rəqs nömrələri də təqdim edirlər,

Ramblerin bildirdiyinə görə, 2019-cu ilin dekabr ayında Çinin Uxan şəhərində (Hubei əyaləti) yeni bir virus tapılıb. 2020-ci ilin mart ayında virus bütün qitələrə yayılıb. İtaliya Çindən sonra ən böyük epidemiya ilə qarşılaşıb. Oradakı ölənlərin sayı artıq Hubeidəkilərin sayını aşıb (5476 ölüm 3115-ə qarşı).

Ən son məlumatlara görə, dünyada 382 mindən çox insan koronavirusa yoluxub. 16 574 nəfər virusun qurbanı olub, 102 min nəfər sağalıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*