Stüardessa koronavirusa görə sərnişinlərə müraciət etdi və ağladı – VİDEObackend

Stüardessa koronavirusa görə sərnişinlərə müraciət etdi və ağladı – VİDEO

“Virgin Australia” avia şirkətinin stüardessası koronavirus pandemiyası üçün vida nitqi söyləyib.

KONKRET.az xəbər verir ki, şahidlər tərəfindən lentə alınan görüntülər sosial şəbəkədə yayımlanıb.

Stüardessa Kessi Appleton müraciət edərkən göz yaşlarını saxlaya bilməyib və həddindən artıq emosional danışdığına görə sərnişinlərdən üzr istəyib.

Bu uçuşun onun və həmkarlarının “yaxın gələcəkdə sonuncu” ola biləcəyini deyib.

“Komandamız həmişə səmanı evləri hesab edib. İndi yer üzünə geri döndüyümüzü anlayırıq” deyib.

Qız vəziyyətin normallaşmasından dərhal sonra uçmağa davam etməyə hazır olduğunu bildirib.

Daha əvvəl deyilib ki, bər təyyarənin ekipajı COVID-19 səbəbindən laynerin pəncərəsindən qaçıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*