Stüardessanın çəkdiyi VİDEO-nun izləyiciləri milyonu keçdibackend

Stüardessanın çəkdiyi VİDEO-nun izləyiciləri milyonu keçdi

Stüardessa əri ilə birlikdə evdə karantində necə davranmaları haqqında komediya şousu hazırlayıb.

KONKRET.az xəbər verir ki, video YouTube-da yayımlanıb.

Uçuş xidmətçisi Kristen və əri Wes Barker işsiz qaldıqdan sonra bütün vaxtlarını evdə karantində keçirirlər.

Kristen əri ilə məzəli bir film düşünüb. Süjetə görə, o, evdə bir stüardessa kimi vəzifəsini necə yerinə yetirəcəyini tamaşaçılara göstərməlidir.

Videoda o, stüardessanın işini “yerinə yetirir”, qəza çıxışlarını göstərir və divanda oturan ərindən minik kartını istəyir.

İstifadəçilər videonu çox bəyənib. Video demək olar ki, milyon dəfə izlənilib.

 

Biri yazıb ki, o da qeyri-müəyyən gələcəyi olan bir stüardessadır və videoya baxandan sonra yüksək səslə gülüb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*