Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan və səfir Mehdi Sübhani Ermənistan-İran münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyətdən danışıblar.
Ruben Rubinyanla Mehdi Sübhani arasında görüş parlamentdə baş tutub. Həmsöhbətlər ikitərəfli əməkdaşlığın aspektlərini də müzakirə ediblər. Regionda sülhün və sabitliyin bərqərar olmasının vacibliyi qeyd edilib.
Müşviq Tofiqoğlu
KONKRET.az