Bu ilin 5 ayında suçiçəyinə 17 min 595 yoluxma halı aşkarlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat yayıb.
Yanvar – may aylarındakı yoluxma ötən ilin müvafiq dövrü il müqayisədə 2 189 nəfər çoxdur.
Suçiçəyinə yoluxanlardan 9 min 190-ı kişi, 8 min 405-i isə qadındır. Xəstəliyə yoluxanlardan 15 min 602 nəfəri 17 yaşadək, 1 993 nəfəri isə 18 və yuxarı yaşda olan insanlardır.