Sudanda avtomobil qəzası: 13 ölü, 51 yaralı varbackend

Sudanda avtomobil qəzası: 13 ölü, 51 yaralı var

Sudanda mikroavtobus yük maşını ilə toqquşub, 13 nəfər ölüb. Polis günahı yük maşını sürücüsünün üzərinə qoyub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Sinxua agentliyi yayıb.

“Sudanın mərkəzindəki Gezira əyalətində baş verən yol qəzasında ən azı 13 nəfər ölüb, daha 51 nəfər yaralanıb” deyilib.

Polisdən verilən məlumata görə, qəzaya səbəb ehtiyatsız sürmə və yük maşını sürücüsünün səhv hərəkətləri olub.

Sudan ən çox yol hərəkəti ölümünə səbəb olan ölkələrin sırasında yer alır, bunun əsas səbəbləri ehtiyatsız sürmə, yolun pis vəziyyəti və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin təkrar istifadəsidir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*