Sudanda ordu yolları bağladı, internet kəsildibackend

Sudanda ordu yolları bağladı, internet kəsildi

Sudan təhlükəsizlik qüvvələri gecə saatlarında paytaxtı digər bölgələrlə birləşdirən yol və körpüləri maşın və maneələrlə bağlayıb.

KONKRET.az xəbər verir ki, ordunun Baş qərargahına və Prezident sarayına gedən yollarda intensiv təhlükəsizlik tədbirləri görülüb.

Həmçinin səhər saatlarında internet və telefon xəttləri də kəsilib.

Qeyd edək ki, oktyabrın 25-də ordunun hökuməti dağıtması və noyabrın 21-də Baş nazir Abdullah Hamduq da daxil olmaqla, onlarla siyasətçinin həbsi ilə nəticələnən Sudana hərbi müdaxilədən sonra ölkədəki inzibati böhrana son qoymaq üçün Ordu Komandiri Abdulfəttah əl-Burhan və texnokrat hökumət qurmaq vəzifəsinə qaytarılan Hamduq arasında siyasi müqavilə imzalanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*