Sülh deyib, müharibəyə hazırlaşırlar: Ermənistanda məktəblilər revanşizm ruhunda yetişdirilir (VİDEOSÜBUT)backend

Sülh deyib, müharibəyə hazırlaşırlar: Ermənistanda məktəblilər revanşizm ruhunda yetişdirilir (VİDEOSÜBUT)

Ermənistanda uşaqları revanşist ideologiyalarla böyütməyə davam edirlər.

KONKRET.az “GSSR44″ə istinadən xəbər verir ki, görüntülər Sərdərabad şəhərində yerləşən Andranik Ozanyan adına 5 nömrəli məktəbdə qeydə alınıb. Tədbir məktəb rəhbərliyi tərəfindən təşkil olunub. Məktəbli qızın əlində Qarabağın xəritə maketini müşahidə etmək mümkündür.

Həmçinin Andranik Ozanyan Zəngəzur, Naxçıvan və Qarabağ bölgələrində azərbaycanlılara qarşı genişmiqyaslı zorakılıq və qırğınlarda iştirak edib. O, terrorçu daşnakların rəhbərlərindən biri olub.

Ermənistan rəhbərliyi normallaşmadan və sülhdən danışarkən ilk öncə öz daxilindən başlamalıdır. Əgər erməni cəmiyyəti özünü bu şəkildə zəhərləməyə davam etsə, heç kim onlara bir də şans verməyəcək.

Həmin görüntüləri təqdim edirik: 

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*