Şuşadan Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının qurduqları digər konteyner və generator ərazidən götürülüb.
KONKRET.az xəbər verir ki, konteyner və generator kran vasitəsilə ilə iki yük maşınına yığılıb.
Konteyner digər əraziyə – Laçın istiqamətinə aparılır.
Həmin 3 avtomobilinin aksiya keçirilən ərazidən hərəkət etməsinə şərait yaradılıb.
Ərazidə Rusiya sülhməramlılarının heç bir konteyneri qalmayıb, orada yalnız müvəqqəti yaradılmış post və bir neçə sülhməramlı xidmət aparır.
Hazırda aksiya davam edir, etirazçılar ekologiyanı qorumağa çağıran müxtəlif şüarlar səsləndirirlər.
***
13:42
Şuşadan Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlıları qurduqları çadırları söküblər.
KONKRET.az xəbər verir ki, əraziyə yük maşınları da gətirilib. Sökülən çadırlar avtomobillərə yığılıb.
Eyni zamanda həmin ərazidə quraşdırılmış konteynerlərdən biri də kran vasitəsilə yük maşınlarına yığılıb, digər əraziyə – Laçın istiqamətinə aparılır.
Həmin 3 avtomobilinin aksiya keçirilən ərazidən hərəkət etməsinə şərait yaradılıb.
Ərazidə Rusiya sülhməramlılarının cəmi bir ədəd konteyneri qalıb.
Report