Sülhməramlılara hücum edildi: Ölənlər və xəsarət alanlar varbackend

Sülhməramlılara hücum edildi: Ölənlər və xəsarət alanlar var

Mərkəzi Afrika Respublikasında (CAR) üsyançıların hücumu nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) üç sülhməramlısı öldürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə TASS BMT baş katibinin rəsmi nümayəndəsi Stefani Dujarrikin məlumatına istinadla xəbər yayıb.

Daha iki nəfərin yaralandığı bildirilir.

“Baş katib bu gün şəxsiyyəti bilinməyən silahlı qiyamçıların CAR hərbi qüvvələrinə və BMT-nin ölkədəki nümayəndəliyinə, Kemo əyalətinin Dekoa şəhərində və Mbomu əyalətinin Bakuma şəhərindəki hücumunu kəskin qınayır”, – deyə qeyd edilir.

BMT-nin baş katibi CAR rəhbərliyini bu hərbi cinayəti araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*