Sülhməramlıların avtomobili partladıldı – ÖLƏN və YARALANANLAR VARbackend

Sülhməramlıların avtomobili partladıldı - ÖLƏN və YARALANANLAR VAR

Malinin şimali-şərqində hücum nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) bir sülhməramlısı həlak olub, daha biri yaralanıb.

KONKRET.az  NTV-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Malidə sabitləşmə üzrə çoxprofilli kompleks missiyasının (MINUSMA) saytında bildirilib.

MINUSMA-nın məlumatına görə, missiyanın maddi-texniki təminat karvanındakı yanacaq çəni aparan avtomobilə qarşı partlayıcı qurğu ilə hücum həyata keçirilib.

“Partlayış nəticəsində iki sülhməramlı ağır yaralanıb. Onlardan biri, təəssüf ki, tibbi evakuasiya zamanı aldığı yaralardan dünyasını dəyişib”, – deyə məlumatda qeyd olunur. Daha sonra partlayışın baş verdiyi yerin yaxınlığında daha bir partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*