Sülhün əldə edilməsinə mane olan bəndlər hansılardır? – AÇIQLAMAbackend

Sülhün əldə edilməsinə mane olan bəndlər hansılardır? - AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla imzalanacaq sülh müqaviləsinin 13 bəndinin razılaşdırıldığını qeyd edib. Hökumət başçısı 4 maddə ətrafında isə müzakirələrin davam etdiyini vurğulayıb.

Azərbaycan cəmiyyətinə məlumdur ki, ölkəmizin əsas tələblərindən biri də Ermənistan konstitusiyasına dəyişiklik edilməsidir.

Görəsən, tərəflərin razılığa gələ bilmədiyi digər bəndlər hansılardır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Elxan Şahinoğlu sülhün əldə edilməsi üçün Azərbaycanın şərtinin aydın olduğunu qeyd edib:

AbzasMedia - Elxan Şahinoğlu: "Fransa və ABŞ yenidən meydana qayıtmaq  istəyirlər"

“Nikol Paşinyanın sülhlə bağlı fikirlərindən belə nəticəyə gəlmək olar ki, Ermənistan konstitusiyasının Azərbaycana qarşı ərazi iddiasını əks etdirən bənd razılaşdırılmayan məsələlər içərisindədir. Baş nazir dəyişikliyi zəruri saysa da, bunu gələcəkdə həll etməyə üstünlük verir. Amma Azərbaycan Prezidenti İlham Əliyev konstitusiya dəyişikliyini sülh sazişinin imzalanması üçün əsas şərt kimi irəli sürüb və bu mövqedə dəyişiklik yoxdur. Nikol Paşinyan İlham Əliyevlə sərhəddə görüşüb danışıqlar aparmaq istədiyini vurğulayıb. O, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Bakı ilə birbaşa dialoqa üstünlük verdiyini bildirib. Paşinyan Putinin xətrinə dəyməmək üçün çoxtərəfli danışıqlar formatını da nəzərdən keçirə biləcəklərini söyləyib. Rəsmi Bakı birbaşa danışıqların əleyhinə deyil. Bu məsələdə konsensus var”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə əsas fikir ayrılıqlarının nəqliyyat yolları və sərhəd məsələsində ola biləcəyini vurğulayıb:

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

“Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb. Ölkələr ikitərəfli görüşlər keçirəcəklər. Həmçinin Zəngəzur dəhlizinin sülh müqaviləsindən çıxarılması da məlumdur. Ola bilər ki, razılaşdırılmayan məqamlar nəqliyyat yolları və sərhəd məsələləridir. Bu yöndə fikir ayrılıqları var. Həmçinin Avropa İttifaqının sərhəd missiyasının da fəaliyyətinin dayandırılması müzakirə edilən məsələlər arasında yer ala bilər”.

Məlik Məlikov,

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*