Formula-1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin 2001-ci il Qran-prisində qalib gəldiyi bolib 18.17 milyon dollara satılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Məlumata görə, “Ferrari F2001” avtomobili dünən Monakoda keçirilən hərracda satılıb.
Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.