Orxan Adıgözəlzadə Sumqayıt bələdiyyəsinin sədri seçilib.
Bu barədə KONKRET.az-a Sumqayıt bələdiyyəsinin mətbuat katibi Səbuhi Elnur məlumat verib.
Qeyd edək ki, Orxan Adıgözəlzadə 44 günlük Vətən Müharibəsi iştirakçısıdır. O, “Şuşa”, “Xocavənd” və Füzulinin azad olunmasına görə”, “Böyük Zəfər” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Orxan Adıgözəlzadə bundan öncə də bələdiyyə sədri olub.
Eyni zamanda Nərmin Mehdiyeva sədrin birinci müavini seçilib.
Müşviq Tofiqoğlu
KONKRET.az