Sumqayıt Dövlət Universitetində əməkhaqqıları artırıldıbackend

Sumqayıt Dövlət Universitetində əməkhaqqıları artırıldı

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbədənkənar iclası keçirilib.

Ali təhsil müəssisəsindən KONKRET.AZ-a verilən məlumata görə, iclasda universitet həyatı üçün vacib məsələlər müzakirə edilib və mühüm qərarlar qəbul edilib.

AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, universitetin əməkdaşlarının sentyabrın 1-dən əməkhaqqıları ortalama 12 faiz artırılır: “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 30 faiz artırılıb”.

“Əməkhaqqının differensasiyası ilə bağlı tədbirlərin görülməsi haqqında” məlumat verən rektor qeyd edib ki, AzTU Differensial Əməkhaqqı Sisteminin tətbiqində öz modelini yaratmaq niyyətindədir.

Elmi Şura əməkhaqqılarının differensasiyası sisteminin işləmə mexanizmi üzrə komissiyanın formalaşdırılması üçün İşçi Qrupun yaradılması barədə qərar qəbul edib.

Bundan başqa, Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının da əməkhaqqıları növbəti dəfə artırılıb.

Sumqayıt Dövlət Universitetinin bütün əməkdaşlarının əməkhaqqıları orta hesabla 18,5 faiz artırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*