Sumqayıt-Pirşağı-Bakı qatarında texniki problem var: QATAR GECİKİRbackend

Sumqayıt-Pirşağı-Bakı qatarında texniki problem var: QATAR GECİKİR

“Sumqayıt-Pirşağı-Bakı qatarında yubanma 25 dəqiqə deyil, 6-8 dəqiqə arasındadır”.

KONKRET.az xəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Mətbuat Xidmətindən verilib.

“Sumqayıtdan Bakıya hərəkbt edən 6608 saylı qatarın qapısında texniki problem yaranıb. Bu səbəbdən sərnişinlər digər qatara köçürülüblər. Bu səbəbdən qatarların hərəkətində 6-8 dəqiqəlik yubanma qeydə alınıb. Üstəlik, stansiyalarda sıxlığın olması da qatarların yubanmasını qaçılmaz edir. Çünki sıxlıq səbəbindən qatarların qapıları vaxtında bağlanmadığı üçün təhlükəsizlik baxımından gecikmə yaranır.

Qeyd edək ki, Abşeron dairəvi xətti üzrə sentyabr ayının 16-na kimi gündəlik 30 minə yaxın sərnişin daşınıb. Yeni dərs ili başlanandan sonra isə qatarlara tələbat artıb və gündəlik daşınma sayı 37 min sərnişinə çatıb”, – deyə açıqlamada vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*