“Sumqayıt” Rusiya komandası ilə qarşılaşacaqbackend

"Sumqayıt" Rusiya komandası ilə qarşılaşacaq

“Sumqayıt” futbolçularının Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.

KONKRET.az xəbər verir ki, “Gənclik şəhəri”nin təmsilçisi Rusiyanın “Krılya Sovetov” komandası ilə qarşılaşacaq. Görüş 2023-cü il yanvarın 17-nə planlaşdırılır.

Premyer Liqada mübarizə aparan Samara təmsilçisi 17 turdan sonra 20 xalla 11-ci pillədə qərarlaşıb.

“Sumqayıt” yanvarın 5-dən 18-dək Lara bölgəsində hazırlıq keçəcək. Komandanın digər sınaq matçı yanvarın 12-nə nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*