“Sumqayıt” “Şamaxı”ya, “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəldibackend

“Sumqayıt” “Şamaxı”ya, “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəldi

Bu gün Misli Premyer Liqasında 13-cü tura yekun vurulub.

KONKERT.az Milli.Az-a istinadən xəbər verir ki, son oyun günündə iki görüş nəzərdə tutulub.

Əvəlcə “Şamaxı” “Sumqayıt”ı qəbul edib. Qarşılaşma “Sumqayıt”ın qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədə keçirilən matçında qalib müəyyənləşməyib – 1:1.

Günün və turun son matçı Qəbələdə həyata keçirilib. Şəhərin eyni adlı komandası “Araz-Naxçıvan”ı doğma meydanda 2:1 hesabı ilə məğlub edib. Komandaların 1-ci dövrədəki matçında “Araz-Naxçıvan” 2:1 hesabı ilə qalib gəlib.

30 noyabr (bazar)

Misli Premyer Liqası, 13-cü tur

16:30.”Qəbələ” – “Araz-Naxçıvan” – 2:1

Qol: Prins Ovusu,15 (1:0), Bəxtiyar Həsənalızadə, 34 (1:1), Adriel Ba Loua, 59 (2:1)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Qəbələ şəhər stadionu

14:00.”Şamaxı” – “Sumqayıt” – 1:2

Qollar: Karim Rossi, 70 (1:0), Aleksa Yankoviç, 88 (1:1), Aleksandr Ramalinqom , 90+1 (1:2)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Şirmamed Mamedov
Şamaxı şəhər stadionu

28 noyabr (cümə)

“Turan Tovuz” – “Neftçi” – 0:0

“Kəpəz” – “Zirə” 0:2

29 noyabr (şənbə)

“Qarabağ” – “Karvan-Yevlax” – 2:0

“İmişli” – “Sabah” – 0:3

Bombardirlər:

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) – 7 qol

Coy-Lens Mikels (“Sabah”) – 6 qol

Toral Bayramov (“Qarabağ”) – 5 qol

Aleksandr Ramalinqom (“Sumqayıt”) – 4 qol

Velko Simiç (“Sabah”) – 4 qol

Abdullah Zubir (“Qarabağ”) – 4 qol

Bassala Sambu (“Neftçi”) – 4 qol

Emin Mahmudov (“Neftçi”) – 4 qol

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*