Sumqayıt şəhərinin yubileyi ilə əlaqədar bayram tədbiri keçiriləcəkbackend

Sumqayıt şəhərinin yubileyi ilə əlaqədar bayram tədbiri keçiriləcək

Noyabrın 19-da Sumqayıtın 70 illik yubileyi münasibətilə şəhərdə bayram tədbiri keçiriləcək.

KONKRET.AZ xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin sözçüsü Elçin Qasımov məlumat verib.

Məlumata görə, bayram tədbiri ilə bağlı həmin gün şəhərin Sülh prospekti ilə Koroğlu, Bakı, Nəriman Nərimanov, o cümlədən Heydər Əliyev prospektinin kəişmələrində və Azərbaycan prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən həmin gün alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*