Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb.
KONKRET.az xəbər verir ki, yaranan sıxlıqla əlaqədar vətəndaşlar mənzil başına çatmaqda çətinlik çəkir.
Belə ki, Bakı-Sumqayıt istiqamətində hərəkət dayandığı üçün ictimai nəqliyyat və taksi tapmaq çətinləşib.
Globalinfo.az-ın qeyd edilən ərazidə olan əməkdaşının verdiyi məlumata görə, “manatlıq taksi” kimi fəaliyyət göstərən sürücülər qiyməti 10 dəfə bahalaşdırıb.
Adi günlərdə adambaşına 1 manata qət edilən yolu, hazırda 10 manatdan aparmaq təklif olunur.