Sumqayıtda 14 yaşlı qız faciəvi şəkildə öldübackend

Sumqayıtda 14 yaşlı qız faciəvi şəkildə öldü

Sumqayıtda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Nuri Gülbahar Nuhəli qızı binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*