Sumqayıtda tanışların mübahisəsi qanla nəticələnib.
KONKRET.az xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Mövlan Ramiz oğlu Qədirov münaqişə zəminində həmyaşıdı Anar İbrahim oğlu Hacıyevə bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.