“Heydər Əliyev Fondu” nun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Sumqayıt şəhərində ağacəkmə aksiyası təşkil olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən KONKRET.az-a verilən məlumata görə, aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Sumqayıt şəhərinin müxtəlif küçə və prospektlərində 613 ədəd şam, göyrüş, sərv, akasiya və meyvə ağacları əkilib. Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin və Sumqayıtda məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə keçirilən aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub. Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.
Müşviq Tofiqoğlu
KONKRET.az