Sumqayıtda avtobus avtomobillə toqquşdu, dörd nəfər xəsarət aldıbackend

Sumqayıtda avtobus avtomobillə toqquşdu, dörd nəfər xəsarət aldı

Sumqayıt şəhərində sərnişin avtobusu minik avtomobil ilə toqquşub, 4 nəfər xəsarət alıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Bakı küçəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Murtuzov Cavid Abbasəli oğlunun idarə etdiyi sərnişin avtobusu 1999-cu il təvəllüdlü Mirişov Mirhadi Mirismayıl oğlunun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə toqquşmadan yayına bilməyib.

Qəza nəticəsində avtobusun sərnişinləri – Sumqayıt şəhər sakinləri, 2007-ci il təvəllüdlü Şahbuzova Şəbnəm Akif qızı, 1967-ci il təvəllüdlü Şahbalayeva İlahə Mürvət qızı, 1994-cü il təvəllüdlü Şəmiyeva Lamiə Gülasət qızı və 2007-ci il təvəllüdlü Məmmədova Nuray Sərxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*