Sumqayıtda fərdi evdə yanğın baş verdibackend

Sumqayıtda fərdi evdə yanğın baş verdi

Sumqayıtda fərdi evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

KONKRET.az report-a istinadən verir ki, hadisə “Yaşıl dərə” adlanan ərazisində qeydə alınıb.

Məlumata görə, yanğın 1981-ci il təvəllüdlü Səfərəliyev Sahib Novruz oğluna məxsus, ümumi sahəsi 110 kvadratmetr olan fərdi yaşayış evində olub. Hadisə zamanı ev sahibinin həyat yoldaşı, 1987-ci il təvəllüdlü Səfərəliyeva Zəfilə Canmirzə qızı tüstüdən zəhərlənib.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yanğın nəticəsində evin bir hissəsi yararsız hala düşüb.

Hadisənin başvermə səbəbi araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*