“Sumqayıtda heç bir obyektim yoxdur” – Deputat Musa Qasımlı iddialara cavab verdibackend

“Sumqayıtda heç bir obyektim yoxdur” - Deputat Musa Qasımlı iddialara cavab verdi

Redaksiyamıza Sumqayıt şəhər, 5-ci mikrorayon sakinlərinin bir qrupunun adından şikayət daxil olub.

Şikayətçilər iddia edir ki, tikinti məqsədilə hasara alınmış xüsusi ərazidə fəaliyyət göstərən çay evi profilinə uyğun fəaliyyət göstərmir. Sözügedən obyektdə etik normalara uyğun gəlməyən və sakinlərin narazılığına səbəb olan halların yaşandığını iddia edən sakinlər məsələnin araşdırılmasını istəyir.

Diqqətçəkən məqamlardan biri isə həmin obyektin deputat Musa Qasımlıya məxsusluğunun iddia edilməsidir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan deputat Musa Qasımlı bunları deyib:

“Mənim Sumqayıt şəhərində heç bir obyektim yoxdur. Nə ölkə daxilində, nə də xarici ölkələrdə biznesim var. Bütün bu iddialar mənə atılan böhtandır. Mənim olduğu deyilən bütün obyektləri belə bir iddiada olanlara bağışlamağa hazıram”.

Məlik Məlikov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*