Sumqayıtda kişi döyülərək öldürülüb, oğlu şübhəli bilinir.
KONKRET.az Report-a istinadla xəbər verir ki, hadisə ötən axşam saatlarında şəhərin Sülh prospektində baş verib.
İlkin ehtimallara əsasən, 1981-ci il təvəllüdlü Akif Bağırov oğlu ilə mübahisə edib.
Yaranan mübahisə zamanı oğul atasının baş nahiyəsinə daşla zərbə endirib.
Ağır xəsarət alan kişi xəstəxanaya çatdırılsa da, bu gün səhər saatlarında orada dünyasını dəyişib.