Daxili İşlər Nazirliyindən (DİN) KONKRET.az-a verilən məlumata görə, tədbir zamanı Sumqayıt şəhəri ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən 1 nəfər şəhər sakini müəyyən olunaraq saxlanılıb.
Ona məxsus anbardan ümumilikdə 10 min ədəddən çox yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib. Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar davam etdirilir.