Bu gün səhər saatlarında Sumqayıtda qətlə yetirilən Dağbəyi Fərəcov Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının üzvü olub.
KONKRET.az xəbər verir ki, Dağbəyi Fərəcovun Corat bağları yaşayış massivində yerləşən evinə silahlı hücum nəticəsində Dağbəyi Fərəcov və onun qızı Suzana Karakaş güllə yaralarından vəfat edib. Suzana Fərəcovanın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova isə güllə yarası alıb.
Qonşuluqda yaşayan və sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyərkən onlar da xəsarətlər alıblar.