KONKRET.az xəbər verir ki, tanınmış jurnalist və piar işçisi İlham Məmmədzadə xoş bir addım atıb. O, yaşadığı məhəllədə ayağı zədələnmiş sahibsiz küçə itinə yardım göstərib. İlham Məmmədzadə özünün facebook səhifəsində bu barədə daha ətraflı yazıb:

“Dostlar, bu gün Sumqayıtda, yaşadığım məhəllədə ayağı zədələnmiş vəziyyətdə sahibsiz bir küçə iti ilə bağlı paylaşım etmişdim.
Məsələyə Sumqayıt şəhər Baytarlıq İdarəsinin reaksiyası nəticəsində ağrılardan halsız vəziyyətə düşmüş iti İdarənin əməkdaşları ilə Sumqayıtda Xəzər bağlarında yerləşən Sahibsiz İtlərin Saxlanılması Mərkəzinə təhvil verdik.
Bir daha bu məsələdə diqqət göstərən hər kəsə dərin təşəkkürümü bildirirəm”.