Sumqayıtda şəhid general-mayor Polad Həşimovun xatirə abidəsi və barelyefi qoyuldu – FOTOLARbackend

Sumqayıtda şəhid general-mayor Polad Həşimovun xatirə abidəsi və barelyefi qoyuldu - FOTOLAR

Sumqayıtda şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun xatirə abidəsinin və barelyefinin açılışı olub.

KONKRET.az xəbər verir ki, şəhid generalın yaşadığı binanın qarşısında inşa edilən xatirə abidəsinin açılışında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Ombudsman Səbinə Əliyeva, millət vəkilləri Müşfiq Məmmədli, Emin Hacıyev, Polad Həşimovun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bir 2 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Açılışdan sonra abidənin önünə gül-çiçək dəstələri qoyulub, Vətən uğrunda şəhid olanların xatirəsi yad edilib. Tədbirdə 44 günlük Vətən müharibəsində şəhid olanların qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi vurğulanıb. Daha sonra Sumqayıtda Polad Həşimovun adını daşıyan küçədə barelyefinin açılış mərasimi keçirilib.

Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Qeyd edək ki, Polad Həşimov Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirən Polad Həşimov taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksəlib. Polad Həşimov 14 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Bir 6 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*