Sumqayıtda tanışı kişinin qulağını dişləyərək qopardıbackend

Sumqayıtda tanışı kişinin qulağını dişləyərək qopardı

Sumqayıtda tanışı kişinin qulağını dişləyərək qoparıb.

KONKRET.az “Report”a istinadla xəbər verir ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Bayramov Nurlan Arif oğlu ilə tanışı arasında mübahisə zamanı dava düşüb.

Hadisə zamanı Nurlan Bayramov tanışı Zaur adlı şəxsin qulağını dişləyərək qoparıb.

Nəticədə zərərçəkən xəsarət alıb.

Əldə etdiyimiz məlumata görə, xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin olunub.

Əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*