Sumqayıtda tikinti materialları bazarında yanğın oldu
300
Sumqayıt şəhərində tikinti materialları bazarının ərazisində ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı obyektin iki otağının dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.
KONKRET.azxəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, obyektin qalan hissəsi, yaxınlıqda yığılan taxta materialları və digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.