Sumqayıtda uçan binada məskunlaşan məcburi köçkünlər yeni binaya köçürüləcək – RƏSMİbackend

Sumqayıtda uçan binada məskunlaşan məcburi köçkünlər yeni binaya köçürüləcək - RƏSMİ

Sumqayıt Şəhər İcra Hakimiyyəti yarımçıq tikilidə baş vermiş hadisə barədə məlumat yayıb.

KONKRET.az-ın məlumatına görə, qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev bildirib ki, həmin binada təmir işlərinə başlanılıb:

“Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikilmiş binanın girişində pilləkən sınıb. 5 nəfər ailənin məskunlaşdığı yarımçıq tikilinin girişindəki beton pilləkənin qırılması nəticəsində bir nəfər yüngül xəsarət alıb, ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Hazırda binanın girişində təmir-bərpa işləri həyata keçirilir. Bildiyiniz kimi Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Artıq iki minə yaxın ailə köçürülüb və proses davam edir. Həmin binada məskunlaşmış məcburi köçkünlər də bu il yeni salınan yaşayış kompleksinə köçürüləcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*